Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Fevralda Səyyar ASAN-ın xidmət göstərəcəyi ünvanlar - BBN

Fevralda Səyyar ASAN-ın xidmət göstərəcəyi ünvanlar

3- 25 fevral tarixində Yevlaxda, Şirvanda, Xaçmazda, Cəlilabadda, Goranboyda, Ağdaşda və Xırdalanda, 3-12 fevral tarixində Göygöldə, 16-25 fevral tarixində isə Samuxda vətəndaşlara səyyar xidmət göstəriləcək.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Bu xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır.

Səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00 – 14:00 arası isə nahar fasiləsidir.

Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər.

Related posts

Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə təqdim olunur

“AzerGold”un qızıl və gümüş sikkələri ilk dəfə World Money Fair beynəlxalq sərgisində nümayiş olunub

2025-ci ildə 2813 ailə kirayə mexanizmi vasitəsilə mənzil sahibi olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı