“Finance Leasing” 2 sığorta şirkətinə istiqraz satıb

“Finance Leasing” ötən il Azərbaycanın 2 sığorta şirkətinə, həmçinin 16 fiziki şəxsə istiqraz satıb.

Məlumata görə, “Finance Leasing”in hər birinin nominal dəyəri 500 manat olan 600 ədəd istiqraz “Atasığorta” ASC-yə, hər birinin nominal dəyəri 500 manat olan 200 ədəd istiqrazı 100 min manatlıq “PAŞA Həyat Sığorta” ASC-yə satılıb.

Faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqrazların realizə edilməsi qapalı üsulla, Bakı Fond Birjasında həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır