Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“FINCA Azerbaijan”ın rəhbərliyinə təyinat olub - BBN

“FINCA Azerbaijan”ın rəhbərliyinə təyinat olub

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının (QBKT) İdarə Heyətinə yeni üzv təyin edilib.

Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən Mehriban Bəyməmmədova Mehdi qızı oktyabr ayından etibarən İdarə Heyətinə üzv seçilib. O, həmçinin təşkilatın hüquq departamentinin direktoru vəzifəsini icra edəcək.

Bu təyinatdan sonra təşkilatın İdarə Heyətinin üzvlərinin sayı sədr də daxil olmaqla 5 nəfərə yüksəlib. Hazırda İdarə Heyətində iki qadın üzv təmsil olunur.

Mehriban Bəyməmmədova yeni təyinatınadək 6 ildən çox “Kapital Bank” ASC-də müvafiq sahə üzrə fəaliyyət göstərib.

Qeyd edək ki, “FINCA Azerbaijan” “FINCA Impact Finance” qlobal şəbəkəsinə daxildir. Qlobal təşkilat prosess və prosedurların təkmilləşdirilməsində dəstək göstərsə də, BOKT Azərbaycanda fəaliyyətini müstəqil həyata keçirir və bütün strateji qərarlar İdarə Heyəti tərəfindən verilir, Direktorlar Şurası tərəfindən təsdiqlənir.

Related posts

ADB: Neftin bir barelinin qiyməti ən pis ssenaridə 155 dollara qədər arta bilər

ADB: “Azərbaycanda inflyasiya mülayim olaraq qalır”

Bankın adının yuxarı şikayət indeksində olması onun bağlanacağı deməkdir?

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı