Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Fintech” sahəsi Almaniya iqtisadiyyatında payını artırıb

“Fintech” sahəsi Almaniya iqtisadiyyatında payını artırıb

Bütün növ maliyyə texnologiyaları üzrə fəaliyyət göstərən şirkətləri özündə cəmləşdirən “fintech” konsepsiyası artıq uzun müddətdir ki, bankçılıq sahəsində payını artırmaqdadır. “Fintech” trendinin ən sürətlə yayıldığı Qərbi Avropa ölkələrindən biri olan Almaniya iqtisadiyyatında artıq özünəməxsus paya sahibdir.

Almaniya Maliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Almaniya Tərəfdaşlıq Assosiasiyası (GPA) “fintech” sektorunun cari vəziyyətini özündə əks etdirən yeni hesabat tərtib edib. Hesabata istinadən, 2018-ci ildən bu yana Almaniya iqtisadiyyatında yaradılan hər on startapdan biri maliyyə texnologiyasında fəaliyyət göstərən startap olub.

Ümumilikdə, 639 “fintech” şirkətinə malik olan Almaniyada böyük əksəriyyət paytaxt Berlinin payına düşür. Belə ki, sözügedən şirkətlərin 28%-inin mərkəzi ofisi Berlin şəhərində yerləşir.

Related posts

Fransada inflyasiya son beş ilin ən aşağı səviyyəsinə düşüb

Aİ: Rusiyaya qarşı 20-ci sanksiya paketi tezliklə tətbiq olunaca

Aİ və Azərbaycan Naxçıvan dəmir yolu layihəsinin texniki-iqtisadi əsaslandırmasını hazırlayacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı