Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Fintech” və dayanıqlı iqtisadiyyat

“Fintech” və dayanıqlı iqtisadiyyat

Dünya ölkələri bütün sahələrdə iqtisadi artım proseslərini dayanıqlı iqtisadi artım prosesləri ilə əvəzləşdirməyə meyillidirlər. BMT, Avropa Birliyi və bu kimi digər beynəlxalq təşkilatlar tərəfindən stimullaşdırılan bu dayanıqlı inkişaf konsepsiyasının 2030-cu ilədək nail olunması planlaşdırılıb və 12 trilyon dollar həcmində iqtisadi inkişaf imkanlarının yaradılmasında dəstək olub.

Qlobal şirkətlər artıq inkişaf strategiyalarında ESG kriteriyasını (environmental, social, governance) vacib inkişaf trayektoriyası olaraq seçirlər. “Refinitiv” tərəfindən aparılan araşdırmaya əsasən isə sözügedən kriteriyalar əsasında fəaliyyət göstərən şirkətlərin dayanıqlı aktivlərinə investorlar tərəfindən maraq 2020-ci ildə 34% həcmində artıb. Hətta, “Big Four” şirkətlərindən olan “KPMG” tərəfindən tərtib edilən “Top Fintech Trends 2021” hesabatında dayanıqlı inkişaf trendi lider pillələrdə qərarlaşıb.

“Fintech” şirkətlərin yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf sahəsində, xüsusilə karbon qazının emissiyasının azaldılması sahəsində irəliləyişində ən böyük rol süni intellekt, təkmilləşdirilmiş data analitikası, tokenizasiya və DLT texnologiyasının payına düşür.

Related posts

Azərbaycanda inflyasiyanın iki il üzrə proqnozu açıqlanıb

TARİX TƏKRARLANIR: Dünya “Beşinci Neft Şoku”nun astanasında – 100 dollarlıq kabus geri qayıdır!

TƏCİLİ: Neft bazarlarında “İran alovu” – Qiymətlər 100 dolları keçdi, dünya iqtisadiyyatı şokdadır!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı