Home » “Fırıldaqçılığa qarşı mübarizə və kibertəhlükəsizlik” mövzusunda tədbir keçirilmişdir

“Fırıldaqçılığa qarşı mübarizə və kibertəhlükəsizlik” mövzusunda tədbir keçirilmişdir

by Aytac
0 comments 0 views 1 minutes read

28 yanvar 2025-ci il tarixində, “Yapı Kredi Bank Azərbaycan” QSC-nin baş ofisində Group-IB tərəfindən “fırıldaqçılığa qarşı mübarizə və kibertəhlükəsizlik” mövzusunda tədbir keçirilmişdir.

ABA-nın nəzdində fəaliyyət göstərən “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə” ekspert qrupu üzvlərinin də iştirakı ilə baş tutan tədbirdə Group-IB şirkətinin Mərkəzi Asiya və Cənubi Qafqaz regionu üzrə meneceri Vladimir Kharchenko şirkətin fəaliyyəti haqqında geniş məlumat vermiş, Group-IB-nin fırıldaqçılığa qarşı mübarizə və kibertəhlükəsizlik sahəsində qlobal təcrübəsi mövzusunda təqdimatla çıxış etmişdir.

Tədbirdə həmçinin iştirakçılar Azərbaycanda və Mərkəzi Asiyada mövcud fırıldaqçılıq problemləri barədə fikir mübadiləsi aparmışlar.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.