Beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” ABŞ-ın seçilmiş prezidenti Donald Trampın iqtisadi planı reallaşarsa, ABŞ-ın kredit mühitində dəyişikliklər baş verə biləcəyini bildirib.
BBN.az xəbər verir ki, Fitch-in verdiyi açıqlamada Tramp administrasiyası ilə arta biləcək inflyasiya təzyiqləri və artan büdcə kəsiri narahatlıqları nəzərə alınaraq, ABŞ Federal Ehtiyat Sisteminin (FED) boş pul siyasətində yavaşlama gözləntilərinin yarandığı bildirilib. Açıqlamada, bu gözləntiyə uyğun olaraq ABŞ xəzinə istiqrazlarının faizlərində artımın müşahidə edildiyi bildirilib.
Fitch, faiz dərəcələrinin həm yaşayış, həm də kommersiya daşınmaz əmlak bazarları üçün fundamental əhəmiyyət kəsb etdiyini vurğulayaraq, ipoteka faizlərinin 2025-ci ilə qədər əhəmiyyətli dərəcədə aşağı düşmə ehtimalının olmadığını bildirib.
Açıqlamada kredit ballarının üçüncü rübdə müsbət mənzərə göstərdiyi, lakin yüksək faiz dərəcələrinin kredit ballarına təzyiq göstərməyə davam edə biləcəyi, mənfi kredit reytinqi dərəcələrinin artdığı ifadə edildi.
Fitch həmçinin bəyan edib ki, Tramp administrasiyası enerji, kommunal xidmətlər, banklar, avtomobil istehsalçıları, səhiyyə və əczaçılıq sənayesi kimi bir çox sektoru əhatə edən qaydaları geri qaytarmaqla uzunmüddətli iqtisadi və maliyyə təsirləri yarada bilər.