Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Fitch Agentliyi Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəltdi - BBN

Fitch Agentliyi Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəltdi

Fitch Ratings Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxıb. Agentlik Bankın uzunmüddətli emitentin defolt reytinqini (IDR) bir pillə artırmaqla B səviyyəsinə yüksəldib. Agentlik Bankın reytinq proqnozlarını da yaxşılaşdıraraq Stabildən Pozitivə dəyişib

Reytinqlərdə baş verən dəyişikliklər bir sıra amillərlə izah edilir. Agentliyin rəyinə görə, Azərbaycan Beynəlxalq Bankının aktivlərinin stabil strukturu və keyfiyyəti, son illərdə yüksək gəlirliliklə fəaliyyət göstərməsi Bankda güclü kapital və likvidlik buferi formalaşdırıb. Bankın aktivlərinin keyfiyyəti qənaətbəxş səviyyədədir. Bankın qısa açıq valyuta mövqeyi ilə bağlı riskləri də azalmışdır.

Azərbaycan Beynəlxalq Bankının malik olduğu güclü kapital mövqeyi kredit profili üzrə valyuta risklərini azaldır və hər hansı ciddi valyuta böhranlarına qarşı kifayət qədər dayanıqlıdır. Bankın kapital adekvatlığı göstəriciləri 30% ətrafında olmaqla requlyativ tələbi əhəmiyyətli şəkildə üstələyir.  

Xatırladaq ki, aprelin ortalarında Moody’s Beynəlxalq Reytinq Agentliyi də Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxaraq reytinq proqnozlarını Stabildən Pozitivə dəyişib. Bankın kredit ödəmə qabiliyyəti reytinqini də bir pillə yüksəldərək b3-dən b2-də qərarlaşdırıb.

Related posts

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (20.02.2026)

Enerji bazarında kritik həftə – Qiymətlər daha da arta bilər

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (18.02.2026)

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı