FITCH: “Azərbaycanda iqtisadi vəziyyət çətindir amma kritik deyil”

“Fitch” beynəlxalq reytinq agentliyinin baş direktoru Pol Gembl (Paul Gamble) “Reuters” agentliyinə müsahibəsində bildirib ki, Azərbaycanda iqtisadi vəziyyət valyuta böhranı yaşandığına görə, çətindir, amma kritik deyil.

“Hökümət hələ də böyük xarici aktivlərə sahibdir ki, bu da onun reytinqinə təsir edir” – deyə P. Gembl vurğulayıb.

Onun sözlərinə görə, ən son göstəricilər göstərir ki,  bu ilin ilk 6 ayında Azərbaycan Dövlət Neft Fondunun aktivləri 4,6% artaraq 35,1 milyard dollara yüksəlib.

Mənbə: dailymail

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır