FS-in açıqlamasına görə, Azərbaycan iqtisadiyyatının real artım tempi bu il üçün 2,6%, 2026-cı il üçün isə 2,4% səviyyəsində proqnozlaşdırılıb. Hesabatda hökumətin iqtisadiyyatı şaxələndirməyə dair tədbirlərinə baxmayaraq, neft-qaz sektorunun ölkənin iqtisadi artım dinamikasına hələ də ciddi təsir göstərdiyi vurğulanır.
Sənəddə qeyd olunur ki, Azərbaycan iqtisadiyyatının neft-qazdan yüksək asılılığı (ÜDM-in 38,5%-i) fonunda qlobal neft qiymətlərində gözlənilən geriləmə bu sahədən əldə edilən gəlirləri azalda və ümumi artımı zəiflədə bilər. FS-in qiymətləndirməsinə əsasən, yalnız 2025-ci ildə neftin orta qiymətinin 15% enəcəyi proqnozlaşdırılır. 2026–2027-ci illər üzrə proqnozlarda isə sanksiyaların Rusiyanın qlobal təklifdə payını azalda biləcəyi ehtimalı qiymətlərin artım risklərini yüksəldir.
Hesabatda bildirilib ki, qeyri-neft sektoru son ticarət sazişləri və kapital qoyuluşlarında müşahidə olunan tədrici bərpa fonunda iqtisadi artımı dəstəkləməyə davam edəcək. Bundan başqa, sosial xərclərin prioritetləşdirilməsi fonunda özəl istehlakın artıma pozitiv təsir göstərəcəyi vurğulanır.
FS-in uzunmüddətli proqnozlarına görə:
-
2027–2028-ci illərdə real ÜDM-in artım tempi 2,9%,
-
2029-cu ildə 3,6%,
-
2030-cu ildə isə 2,8% təşkil edəcək.
Nominal ÜDM üzrə proqnozlar belədir:
-
2024: 102,4 mlrd. dollar
-
2025: 110,5 mlrd. dollar
-
2027: 115,6 mlrd. dollar
-
2028: 121 mlrd. dollar
-
2029: 130 mlrd. dolları ötəcək
-
2030: 141,5 mlrd. dollar
Adambaşına düşən ÜDM-in artımı ilə bağlı:
-
2024: 9 740 dollar
-
2025: 10 468 dollar
-
2027: 10 912 dollar
-
2028: 11 min dolları ötəcək
-
2029: 12 min dolları ötəcək
-
2030: 13 min dolları keçəcək