“Fitch” Qətərin kredit reytinqini nəzarətdə saxlayacaq

“Fitch” beynəlxalq reytinq agentliyi Qətərin kredit reytinqini nəzarətdə saxlayacağını bidirib. Agentlikdən verilən açıqlamada, bəzi ərəb ölkələri ilə olan böhranın Qətər iqtisadiyyatına və kredit reytinqlərinə mənfi təsir edəcəyi qeyd edilib. Belə ki, böhran davam edərsə ölkənin kredit səviyyəsi aşağı düşə bilər.

Qeyd edək ki, ötən həftə “Fitch” reytinq agentliyindən verilən açıqlamada, sözügedən böhranın  Qətərin “AA” səviyyəsində olan kredit reytinqinə  və göstəricilər üzrə proqnozun  “sabit” saxlanılmasına hər hansı bir təsirinin olmayacağı bildirilmişdi.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır