“Fitch Ratings” AccessBank-ın kredit reytinqini təsdiqləyib

“Fitch Ratings” AccessBank-ın uzunmüddətli kredit reytinqini “BB” kateqoriyasında, “sabit ” proqznozla “BB-” səviyyəsində təsdiqləyib.

“AccessBank” Azərbaycanın maliyyə institutları arasında yüksək reytinqini qoruyub saxlayır. Agentlik həmçinin, Bankın Dəstək Reytinqini “3” səviyyəsində təsdiqləyib, bu da bankın səhmdarlar tərəfindən davamlı dəstəkləndiyinin göstəricisidir.

“Mövcud reytinq  Bankın cari bazar şəraitində sağlam mövqeyini əks etdirir. Güclü tərəfdaşlarımız və onların dəstəyini qazanmaq bu çərçivədə əhəmiyyətli bir aktivdir. Bazarda mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirlməsi üzrə aparıcı mövqeyimizə əsaslanaraq, biz rəqəmsal xidmət kanalları daxil olmaqla fərdi maliyyə xidmətləri göstərərək müştərilərimizə maksimum dərəcədə dəstək göstərməyə davam edirik” – AccessBank-ın İdarə Heyətinin sədri  Dr. Rolf Reichardt reytinqi şərh edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır