“Fitch Ratings” “Expressbank”ın reytinqini “Sabit” proqnozla təsdiqləyib

18 sentyabr 2025-ci il tarixində beynəlxalq reytinq agentliyi Fitch Ratings “Expressbank” ASC-nin uzunmüddətli reytinqini “B+” səviyyəsində, “Sabit” proqnozla təsdiqləyib.

Agentliyin məlumatına görə, reytinqin qorunmasına Bankın sağlam maliyyə göstəriciləri, aktivlərinin keyfiyyəti, yüksək kapitalı, eyni zamanda məhdud qiymət təsiri və cəlbetmə xərclərinin yüksək olması təsir göstərib.

Hesabatda qeyd olunur ki, Expressbank-ın kapital adekvatlığı 23% təşkil edir və normal ssenaridə bu göstəricinin 2025–2026-cı illərdə 20%-in üzərində qalacağı gözlənilir. Kredit portfelində problemli kreditlərin payı isə cəmi 1,2%-dir.

“Fitch” həmçinin bildirir ki, Bankın kredit portfelində milli valyutanın üstünlük təşkil etməsi dollarlaşma risklərini minimuma endirir.

Agentlik əlavə edib ki, aktivlərin keyfiyyəti, yüksək kapitallaşma və davamlı mənfəətlilik göstərildiyi halda Bankın reytinqinin yüksəlməsi mümkündür.

Expressbank-ın məlumatına görə, Bank kredit fəaliyyətini beynəlxalq risk idarəetmə standartlarına uyğun şəkildə aparır. Təminatsız kreditlər müştərilərin ehtiyacları əsasında qiymətləndirilir və risklər nəzarətdə saxlanılır.

Bundan əlavə, Bankın depozit siyasəti müştərilərin maraqlarını prioritet götürərək rəqabətqabiliyyətli şərtlərlə məhsullar təklif edir və bazar tendensiyalarına uyğun olaraq daim yenilənir.

Expressbank gələcəkdə də dayanıqlı inkişaf, şəffaflıq və müştəri etimadı prinsiplərini qorumağı hədəfləyir. Bankın sabit biznes modeli, sağlam risk idarəetməsi və güclü kapital bazası maliyyə dayanıqlığını möhkəmləndirir.

Hazırda Expressbank Bakı və regionlarda 16 filial ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış olmaq mümkündür.

Qeyd edək ki, Expressbank ASC Azərbaycan Respublikası Mərkəzi Bankının 30 dekabr 1992-ci il tarixində verdiyi №119 saylı lisenziya əsasında fəaliyyət göstərir.

Related posts

ASC “Xalq” Bankının Müşahidə Şurasına yeni müstəqil üzvlər seçilib

AccessBank və AYİB-dən qadın sahibkarlığına dəstək: Access2Success layihəsi dördüncü dəfə uğurla başa çatdı

Yaponiya Mərkəzi Bankı faiz dərəcələrini 30 ilin ən yüksək səviyyəsinə qaldırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı