“Fitch Ratings” İKZF-nin reytinqini “BB+/stabil” səviyyəsində təsdiq edib

“Fitch Ratings” Agentliyi (bundan sonra Agentlik) Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (Fond) fəaliyyətinin növbəti qiymətləndirməsini həyata keçirib. Agentliyin qiymətləndirməsinə əsasən, Fondun  uzunmüddətli xarici və yerli valyutada reytinqi “BB+/stabil” səviyyəsində təsdiq edilib.

“Fitch” dövlətlə Fond arasında əlaqənin və dövlət dəstəyinin güclü olmasını yüksək qiymətləndirərək Fondun reytinqini ölkənin suveren reytinqinə bərabər olaraq müəyyənləşdirib.

“Fitch Ratings” Agentliyi 2009-cu ildən etibarən Fondun fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir və onun müstəqil kredit reytinqini açıqlayır. Son 12 il ərzində aparılan qiymətləndirmələr Fondun reytinqinin ölkənin suveren reytinqinə bərabər olması ilə nəticələnib.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı