“Fitch” SOCAR-ın reytinqini təsdiqləyib

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti”nin (SOCAR) kredit reytinqini “BB+” olaraq təyin edib.

Agentlik həmçinin SOCAR-ın bütün reytinq kateqoriyaları üzrə “neqativ” proqnozunu sildiyini və Azərbaycanın suveren reytinqi üzrə proqnozu – “stabil” ilə eyniləşdirdiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır