Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Fitch Solutions" 2025-ci ildə Azərbaycanın CƏB profisitini ÜDM-in 2,6 %-i səviyyəsində proqnozlaşdırır - BBN

“Fitch Solutions” 2025-ci ildə Azərbaycanın CƏB profisitini ÜDM-in 2,6 %-i səviyyəsində proqnozlaşdırır

“Fitch Group” qrupuna daxil olan “Fitch Solutions” (FS) beynəlxalq analitik şirkəti 2025-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının (CƏB) profisitinin 2,7 milyard ABŞ dolları (ÜDM-in 2,6 %-i) təşkil edəcəyini proqnozlaşdırır.

BBN.az xəbər verir ki, 2026-cı ildə CƏB profisiti 2,7 milyard ABŞ dolları (ÜDM-in 2,4 %-i) səviyyəsində qalacaq.

“Fitch Solutions”ın analitiklərinin qiymətləndirmələrinə görə, 2027-ci ildə CƏB profisiti 1,9 milyard ABŞ dolları (ÜDM-in 1,7 %-i), 2028-ci ildə 2,5 milyard ABŞ dolları (ÜDM-in 2,1 %-i), 2029-cu ildə 2,4 milyard ABŞ dolları (ÜDM-in 1,8 %-i), 2030-cu ildə 2,2 milyard ABŞ dolları (ÜDM-in 1,6 %-i), 2031-ci ildə 1,9 milyard ABŞ dolları (ÜDM-in 1,7 %-i), 2032-ci ildə 2,4 milyard ABŞ dolları (ÜDM-in 1,5 %-i), 2033-cü ildə 2,4 milyard ABŞ dolları (ÜDM-in 1,4 %-i), 2034-cü ildə 2,7 milyard ABŞ dolları (ÜDM-in 1,4 %-i) təşkil edəcək.

2024-cü ildə ölkənin cari əməliyyatlar hesabının profisiti 4,7 milyard ABŞ dolları təşkil edib ki, bu da ÜDM-in 6,3 %-nə bərabərdir.

Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2025-ci ildə CƏB profisiti ÜDM-in 5,6 %-i səviyyəsində gözlənilir. 2025-2028-ci illərdə neft və qaz hasilatı üzrə proqnozlar nəzərə alınmaqla, cari əməliyyatlar hesabının profisiti ÜDM-in ildə 3 %-nə qədərini təşkil edəcək.

Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin yekunları üzrə tədiyə balansının cari əməliyyatlar hesabının profisitinin 3,7 milyard ABŞ dolları (yanvar proqnozu – 5,5 milyard ABŞ dolları), 2026-cı ildə isə 3,5 milyard ABŞ dolları olacağını gözləyir.

Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, 2025-ci ildə CƏB profisiti ÜDM-in 4,3 %-ni, 2026-cı ildə isə 2,3 %-ni təşkil edəcək.

Related posts

Bankların biznes kreditləri üzrə təminatlılıq səviyyəsi məlum olub

AIIB Bakı metrosu ilə bağlı 180 mln. dollarlıq krediti təsdiqləyib

İsmayılov Rəşad Sahil oğlu ekologiya və təbii sərvətlər naziri təyin edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı