Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Fitch Solutions: Azərbaycanın ÜDM artımı 2026-cı ildə 2,5 %-ə yüksələcək - BBN

Fitch Solutions: Azərbaycanın ÜDM artımı 2026-cı ildə 2,5 %-ə yüksələcək

Azərbaycanın real ümumi daxili məhsul (ÜDM) artımı 2025-ci ildəki 1,4 %-dən 2026-cı ildə 2,5 %-ə qədər sürətlənəcək.

Bu barədə Fitch Solutions beynəlxalq analitik şirkətinin hesabatında bildirilib. Qeyd olunub ki, 2026-cı il üzrə əvvəlki proqnoz 2,4 % təşkil edib.

Analitiklər iqtisadi artımın əsasən daxili istehlakın güclənməsi və qlobal neft qiymətlərinin tədricən sabitləşməsi hesabına sürətlənəcəyini gözləyirlər. Hesabatda vurğulanır ki, neft sektoru dominant ixrac sahəsi olaraq qalsa da, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar xarici qiymət şoklarına qarşı müəyyən dayanıqlılıq yaradır.

2025-ci ilin dekabr ayına olan məlumata əsasən, ÜDM strukturunda neft sektorunun payı 47,4 %, qeyri-neft sektorunun payı isə 52,7 % təşkil edib. Qeyri-neft ÜDM-nin 8,6 % artmasına baxmayaraq, neft hasilatının 7,3 % azalması fonunda neft sektoru üzrə istehsalın ümumi həcmi illik ifadədə 2,6 % azalıb.

Hesabat müəlliflərinin qiymətləndirməsinə görə, 2026-cı ildə iqtisadi dinamikanı əsasən ev təsərrüfatlarının istehlakı müəyyən edəcək. Əmək bazarındakı sabit vəziyyət, işsizliyin təxminən 5,2 % səviyyəsində qalması və real əməkhaqqının əhəmiyyətli artımı bu prosesi dəstəkləyəcək. Özəl istehlakın 2026-cı ildə ümumi ÜDM artımına təxminən 2,5 faiz bəndi töhfə verəcəyi gözlənilir. Bu isə istehlakçı etimadının möhkəmlənməsi və 2025-ci illə müqayisədə inflyasiyanın yavaşlaması ilə əlaqələndirilir.

Bununla yanaşı, məqsədyönlü iqtisadi siyasət tədbirləri və yeni ticarət-investisiya sazişləri, o cümlədən Çin, Almaniya, Türkiyə və bir sıra Avropa tərəfdaşları ilə imzalanmış razılaşmalar qeyri-neft sektorunun genişlənməsini dəstəkləyəcək.

Related posts

Azərbaycan Mərkəzi Bankı: Sürətli pul köçürmələri ilə banklara daxilolmalar artıb

Azərbaycan Mərkəzi Bankı: Bank sektorunun xalis mənfəəti 189,7 milyon manatı ötüb

Azərbaycan Mərkəzi Bankı: Bank sektorunun aktivləri 57,1 milyard manatı ötüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı