“Fitch” Türkiyənin reytinqini azaldıb

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Türkiyənin uzunmüddətli defolt reytinqini “BB” səviyyəsindən “BB-” (Neqativ) səviyyəsinə endirib.

Agentliyin rəsmi məlumatına görə, reytinqin aşağı salınmasının ən əsas səbəbi Türkiyə Mərkəzi Bankının (TCMB) sədrinin işdən azad edilməsidir. Bununla yanaşı, Rusiyadan S-400 zenit raket komplekslərinin satın alınması və bələdiyyə seçkilərinin təkrardan keçirilməsi də səbəblər arasında yer alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır