Home » “Fitch” Türkiyənin reytinqini azaldıb

“Fitch” Türkiyənin reytinqini azaldıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Türkiyənin uzunmüddətli defolt reytinqini “BB-” (Stabil)  səviyyəsindən “BB-” (Neqativ) səviyyəsinə endirib. Türkiyənin reytinqinin azaldılmasının əsas səbəblərindən biri kimi yerli valyutanın dollar qarşısında sürətlə dəyər itirərək 13.79 səviyyəsinə çatması göstərilib. Bununla yanaşı, istehlak qiymətləri indeksində kəskin artım və müvafiq nisbətdə Türkiyə Mərkəzi Bankının uçot faiz dərəcəsini azaltması da Türkiyə iqtisadiyyatının gələcək perspektivlərini şübhə altında qoyan amillərdəndir.

“Fitch” proqnozlarına əsasən, Türkiyədə inflyasiya səviyyəsi 2021-ci il üzrə 25%, 2022-2023-cü illər üzrə isə 20% civarında seyr etməsi proqnozlaşdırılıb.

Digər tərəfdən isə, “Fitch” tərəfindən açıqlanan hesabatda Türkiyənin iqtisadi artım proqnozları artırılıb. Belə ki, sentyabr ayında 9.2% səviyyəsində göstərilən iqtisadi artım proqnozu 10.5% səviyyəsinə yüksəldilib. 2022-ci ildə isə, iqtisadi artımın 3.6% civarında dövr etməsi proqnozlaşdırılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.