“Fitch”dən qlobal artım proqnozu

Fitch Ratings bu il qlobal artım iqtisadi göstəricisinin 2,9% səviyyəsində olduğunu bildirib.

Fitch Ratings “Qlobal Kredit Reytinqi 2017” hesabatında beynəlxalq reytinqlərin keçən illə müqayisədə daha zəif olduğunu və önümüzdəki dövrlərdə ən böyük çətinliklərin inkişaf etmiş bazarlarda yaşanacağını bildirib.

Hesabatda neqativ göstəricilərə malik olan ölkələrin 21% təşkil etdiyi bildirilib. ABŞ dollarının güclənməsinin, beynəlxalq ticarətdə zəifləmənin və beynəlxalq siyasi qeyri-müəyyənliklərin reytinqlərə mənfi təsir etdiyi qeyd olunub.

Bu il Rusiya və Braziliyada resessiyanın başa çatmasının və ABŞ-ın investisiya siyasətinin təsiri nəticəsində qlobal artımın 2,9%-ə çatacağı bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır