Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Fiziki şəxslərin idxal etdiyi məhsullar üzrə idxal 30%-ə yaxın azalıb - BBN

Fiziki şəxslərin idxal etdiyi məhsullar üzrə idxal 30%-ə yaxın azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın ümumi idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,2% azalaraq 2 milyard 599 milyon ABŞ dollarına bərabər olub.

BBN.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal əməliyyatlarında dövlət sektorunun payı 7,98% ( 207,5 mln. dollar), özəl sektorun payı 82.55% ( 2 mlrd. 146 mln. dollar), fiziki şəxslərin payı isə 9.47% (246 mln. dollar) təşkil edib.

Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə dövlət sektorunun idxalı 8.5 dəfə, fiziki şəxslərin idxalı 29,2% azalıb, özəl sektorunun idxalı isə 5,9% artıb.

Qeyd edək ki, ötən iki ayda dövlət sektorunun ixracı 1 milyard 333 milyon ABŞ dolları, özəl sektorun ixracı 2 milyard 318 milyon ABŞ dolları, fiziki şəxslərin ixracı isə 13,7 milyon ABŞ dolları təşkil edib.

Related posts

RABİTƏBANK RAMAZAN VƏ NOVRUZ BAYRAMI ƏRƏFƏSİNDƏ ŞƏHİD AİLƏLƏRİNİ ZİYARƏT EDİB

İki ayda pambıq ixracı 45%-ə yaxın artıb

Azərbaycan 4 milyard kubmetrdən çox qaz ixrac edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı