Forbes: Tesla-nın səhmləri 60% bahalaşıb

Tesla-nın səhmlərinin dəyəri son 21 ticarət günündə nəzərəçarpacaq dərəcədə böyük, daha dəqiq 60% bahalaşıb.

BBN.az Forbes-ə istinadən xəbər verir ki, səhm dəyərinin belə artımına isə çoxsaylı faktorlar təsir edir. Əsas səbəb kimi 2022-ci ilin IV maliyyə rübündə şirkətin gəlir nəticələri gözləniləndən daha yaxşı performans nümayiş etdirib. İllik əsasda mənfəəti yüksək tələbdən dolayı 33% bahalaşıb və 24.3 milyard dollara çatıb.  

Qeyd edək ki, proqnozlara əsasən 2023-cü ildə şirkət 2 milyon avtomobil satacaq, bu isə 2022-ci ildəki 1.3 milyondan kifayət qədər böyükdür. Proqnoz onu göstərir ki, Tesla-nın satışlarında heç bir xarici iqtisadi maneələr yoxdur. 

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı