“Ford” Avropada 12000 nəfəri işdən azad edəcək

Amerikan avtomobil istehsalçısı “Ford Motors Co” 2020-ci ilin sonunadək Avropa əməliyyatlarındakı işçi sayını 12000 nəfər azaldacağını bildirib. Səbəb kimi, şirkətin Avropada illərdir zərərə uğraması və bu yolla xərclərin azaldıla biləcəyi göstərilib.

Almaniya, Böyük Britaniya və Rusiyanın ən çox ixtisarların həyata keçiriləci ölkələr olması ehtimal olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır