Fransada terror aktında ölənlərin sayı 84-ə çatıb

 Fransanın yerli vaxtı ilə 23:00 radələrində Nitsa şəhərində baş vermiş terror aktında ölənlərin sayı 84-ə çatıb.

Fransızlar milli bayramları olan “Bastille Day”-i qeyd edərkən yük maşını ilə izdihamın içərisinə daxil olan terrorçular əhaliyə atəş açmağa başlayıblar.

BBC News-un xəbərinə görə, ən azı 84 nəfər öldürülüb, yaralılıarın 18-nin vəziyyəti isə kritikdir.

Azərbaycan Xarici İşlər Nazirliyi də öz növbəsində  Nitsada törədilmiş terror aktı ilə əlaqədar mətbuata açıqlaması yayıb.

Açıqlamada qeyd olunur ki, Nazirlik hal-hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarını Fransa hakimiyyət orqanlarının təhlükəsizlik tədbirlərinə riayət etməyə və kütləvi yerlərdən kənar durmağa çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır