FTX-in sabiq rəhbəri 25 il həbs cəzası aldı

Ötən həftə sabiq milyarder, nüfuzlu kripto şirkətinin keçmiş rəhbəri Sam Bankman – Fried-ı fırıldaqçılıq (fraud) və çirkli pulların yuyulması ittihamlarından sonra, məhkəmənin qərarı ilə 25 il həbs cəzası alıb. Daha öncə isə bildirirdilər ki, Sam Bankman – Fried fırıldaqçılıq (fraud) və çirkli pulların yuyulması ittihamları ilə 40-50 il həbs gözləyə bilər.

Qeyd edək ki, keçmiş kripto şirkətinin rəhbərinin bu qədər uzun bir müddət həbsdə qalması təklifinə onun vəkilləri etiraz edirdilər və bildirirdilər ki, o, maksimum müştərilərin milyardlarla dollarını mənimsədiyinə görə 5-6.5 il həbs cəzası çəkməlidir.

Əlavə edək ki, o, 2023-cü ilin noyabrında ABŞ məhkəməsi tərəfindən müştərilərin depozitlərindən mülk, siyasi xeyriyyə və başqa investisiyalara xərcləmələrdən dolayı ittiham edilib.

Related posts

Unibank Mastercard kartınla iHerb-dən 30 %-lik endirim qazan!

Zədələnmiş pullar necə dəyişdirilir? – Video

Bitcoin-in qiyməti 97 min dolları ötüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı