Fuad Sadıqov Ucarda vətəndaşları qəbul edib

Ucar, Kürdəmir, Zərdab, Ağdaş, Füzuli və Ağdamdan olan vətəndaşların müraciətlərinə baxılıb

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, yanvarın 17-də Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ucar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Ucar, Kürdəmir, Zərdab, Ağdaş, Füzuli və Ağdam rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən baş verən hadisələrə görə sığorta ödənişlərinin həyata keçirilməsi, çəltik, pambıq sahələri və meyvə bağlarının sığortalanması, aqrar sığorta haqlarının hesablanması və ödənişi, əkin subsidiyalarının ödənilməsi və digər məsələlərlə bağlı olub.

Fondun idarə heyətinin sədri Fuad Sadıqov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərlə bağlı ətraflı izah və məlumat verib, onların hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər isə araşdırılaraq həll edilməsi üçün nəzarətə götürülüb. Aqrar Sığorta Fondunun fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbul zamanı bildirilib ki, aqrar sığorta dövlət tərəfindən aqrar sahədə çalışan fermer və təsərrüfatlara mühüm dəstək mexanizmidir.

Sığorta haqqının yarısının dövlət tərəfindən ödənilməsi sayəsində fermerlər olduqca sərfəli şərtlərlə aqrar sığortadan faydalanıb əkin sahələrini və heyvanlarını çoxsaylı hadisələrdən qoruya bilərlər.

Bildirilib ki, payızlıq əkin sahələrinin sığortalanması üzrə fermerlər üçün nəzərdə tutulan müddət uzadılıb. Belə ki, əkin sahələrinin sığortası ilə bağlı müraciətlərin emalı müddəti 2024-cü il 19 yanvar tarixinədək davam edəcək. Əkin sahələrini bəyan edən fermerlərə həmin müddətə qədər sığorta ilə bağlı SMS bildirişlərinin göndərilməsi təmin ediləcək və onlar öz əkinlərini bu tarixə qədər sığorta edə biləcəklər.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı