Funt sterlinq “vergi endirimi” planlarından sonra rekord səviyyədə aşağı düşüb

Funt sterlinq dollar qarşısında rekord şəkildə enib. Bazar isə Böyük Britaniyanın son 50 ildəki ən böyük vergi endirimi planlarına reaksiya verir.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, erkən Asiya ticarətində sterlinq 1.03 dollara enib, bu isə London saatı ilə bazar ertəsi günü 1.05 dollar dəyər qazanandan sonra baş verib.

Ölkənin Parlament üzvi Kwasi Kwarteng borclanmanın artacağı gözləntiləri fonunda cümə günü elan etdiyi 45 milyard funt sterlinqlik paketə əlavə daha çox vergi endirimi vəd edib.

Funt sterlinq ABŞ Mərkəzi Bankının (FED) faiz artımı qərarından sonra, güclənən dollar təzyiqindən dolayı da azalıb.

Əgər funt sterlinq dollar qarşısında aşağı səviyyədə qalarsa, bu halda malların idxalı dollar ilə olduğundan, məsələn, təbii qaz, neft və s. daha bahalı olacaq.

Asiya ticarətində avronun məzənnəsi də dollar qarşısında yeni 20 ilin ən aşağı səviyyəsinə enib, bu isə Ukraynadakı müharibədən dolayı yaranan enerji böhranı səbəbindən qışda baş tutması gözlənilən iqtisadi tənəzzül ilə bağlıdır.

Related posts

Növbəti valyuta hərracı keçirilib

Bu günün valyuta məzənnələri-16.07.2024

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.07.2024)

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı