Gəlir və xərclərin uçotunun aparılması qaydaları təsdiq edilib

Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə “Topdansatış ticarət fəaliyyəti sahıəsində vergi tutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” və ” İstehsalat fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” təsdiq edilib. Belə ki, yeni qadalara görə tətbiq edilən yeni ciddi hesabat blanklarına “Malların təhvil -qəbul aktı”;  “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası yük avtonəqliyyatı üçün yol vərəqi malların qaytarılması aktı”;  “İtmiş, əskik gəlmiş, xarab və ya zay  olmuş, oğurlanmış mallar barədə akt”;  “Fövqəladə hallarda malların itməsi əskik gəlməsi xarab və ya zay olması barədə akt” aiddir.

Qeyd edək ki, yeni Qaydalar iyul ayının 15-dən etibarən qüvvəyə minəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır