Gələn il COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar görüş keçirilib – Foto

Prezident İlham Əliyevin sədrliyi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-la bağlı bu il dekabrın 15-də keçirilən müşavirədən irəli gələn məsələlərlə bağlı İqtisadiyyat Nazirliyinin videokonfrans formatında görüşü keçirilib. Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və nazirliyin struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

Nazirlikdən bildirilib ki, tədbirdə SOCAR tərəfindən COP-la bağlı nümunəvi beynəlxalq təcrübəyə dair təqdimat nümayiş olunub, COP-un ev sahibi ölkələrə iqlim hədəfləri ilə bağlı verdiyi üstünlük, COP28-in fokus sahələri, dekarbonizasiya gözləntiləri barədə məlumat verilib.

Qeyd olunub ki, 2024-cü ildə ölkəmizdə keçiriləcək COP29 dünyanın ən aktual bəşəri problemlərinin müzakirə olunduğu mühüm beynəlxalq platformadır. Bu tədbirin Azərbaycanda keçirilməsi böyük etimadın göstəricisi olmaqla, ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş mövqeyini təsdiqləyir.

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizədə öz töhfəsini verir. SOCAR-ın COP28-də metan tullantılarının sıfra endirilməsi ilə bağlı könüllü öhdəlik götürməsi ölkəmizin iqlim problemlərinə həssaslığının təzahürüdür.

Related posts

XalqKart-la NFC ödənişlərində daha çox keşbek

Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

“PAŞA Bank” və “Kapital Bank”ın rəhbərliklərində dəyişiklik olub