Gəncə şəhəri üzrə “Yaşıl şəhər” Tədbirlər Planının hazırlanması ilə bağlı yaradılmış İdarəedici qrupun iclası keçirilib

“Yaşıl şəhər” layihəsi üzrə Gəncədə görüləcək işlər müzakirə edilib

Aidiyyəti dövlət qurumlarının  və Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələrinin iştirakı ilə Gəncə şəhəri üzrə “Yaşıl şəhər” Tədbirlər Planının hazırlanması ilə bağlı yaradılmış İdarəedici qrupun növbəti iclası keçirilib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun sədrliyi ilə virtual formatda keçirilən növbəti iclasda “Yaşıl şəhər” Tədbirlər Planı üzrə görülmüş işlər, əldə olunmuş nəticələr, təklif olunan strateji yanaşmalar barədə müzakirələr aparılıb.

Qeyd: Ötən ilin yayında Gəncə şəhəri Azərbaycanda ilk pilot şəhər olaraq Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Yaşıl Şəhərlər Proqramına qoşulmuşdur. Seçilmiş şəhər üçün “Yaşıl Şəhər Fəaliyyət Planı”nın hazırlanması bu Proqramın əsasını təşkil edir. Fəaliyyət Planının əsas məqsədi isə “yaşıl” gələcəyə keçidi dəstəkləmək üçün investisiya qoyuluşu və digər tədbirlər vasitəsilə şəhərin ekoloji məsələlərin həllinə kömək göstərilməsidir. Gəncədə “Yaşıl Şəhər Fəaliyyət Planı”nın hazırlanması prosesinə nəzarətin həyata keçirilməsi, koordinasiyanın təmin edilməsi üçün İqtisadiyyat Nazirliyinin rəhbərliyi ilə İdarəedici qrup təşkil olunub.

Related posts

Dövlət Xidməti tərəfindən “Dövlət satınalmaları haqqında” Qanunun tələbləri və “etender.gov.az” portalından istifadəyə dair maarifləndirmə seminarı keçirilib

Yelo Bank beynəlxalq konfransın keçirilməsinə dəstək oldu – Foto

Ankara OSTİM Mütəşəkkil Sənaye Bölgəsinin üzvləri ilə görüş keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı