Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Gəncədə sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası keçirilib - BBN

Gəncədə sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası keçirilib

100-ə yaxın sənətkarın və yaradıcı şəxsin əl işlərinin nümayiş olunduğu “Gəncəsənət – Payız çalarları” incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası həm də yaradıcı şəxsləri sahibkarlıq fəaliyyətinə təşviq edib. 

Gəncə şəhərində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Gəncə Regional Turizm İdarəsi, Gəncə-Daşkəsən Regional Məşğulluq filialı və Gəncə İctimai İştirakçılıq Məclisinin dəstəyi ilə “Gəncəsənət – Payız çalarları” incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası keçirilib.

Gəncə Filarmoniya Bağı və Urban Mərkəzində təşkil olunmuş sərgi-yarmarkada regionda fəaliyyət göstərən 100-ə yaxın sənətkarın və yaradıcı şəxsin əl işləri nümayiş olunub.

Qeyd edək ki, sərgi-yarmarkanın təşkilində məqsəd sənətkarlıq məhsullarının satışına və bu sahədə alıcılıq qabiliyyətinin artırılmasına dəstək olmaq, regionun sənətkarlıq nümunələrinin tanıdılması, qədim sənət ənənələrinin dirçəldilməsi və şəhərin mədəni həyatının canlandırılması, eləcə də yaradıcılıqla məşğul olan sənətkarlar və alıcılar arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyətinə təşviq edilməsi olub.

Related posts

Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə təqdim olunur

Fevralda Səyyar ASAN-ın xidmət göstərəcəyi ünvanlar

“AzerGold”un qızıl və gümüş sikkələri ilk dəfə World Money Fair beynəlxalq sərgisində nümayiş olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı