“Gənc startap” sahibkarlıq təlimləri başa çatdı

Təlimləri uğurla başa vuran gənclərə sertifikatlar verilib və onlar “KOB-ların inkişafı – sahibkarlıq təlimləri”ndə iştirak etmək hüququ qazanıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Bilişim Vadisi Bakının birgə əməkdaşlığı çərçivəsində keçirilən “Gənc startap” sahibkarlıq təlimləri başa çatıb.

Təlimlər fevral və mart aylarında olmaqla onlayn və oflayn formatlarda təşkil olunub. Türkiyənin ən böyük texnoparkı olan Bilişim Vadisinin biznes inkubasiya mərkəzinin mentoru tərəfindən keçirilən təlimlərdə sahibkarlıq nədir, ideyadan biznes plana, komanda qurmaq, idarə etmək və liderlik, investisiya cəlb etmək metodları və s. mövzular tədris olunub. Eyni zamanda Bilişim Vadisinin rezidenti olan startapların qurucuları təlimlərin onlayn mərhələsində öz startap təcrübələrini bölüşüb və iştirakçıların suallarını cavablandırıblar. Onlayn mərhələyə qatılmış iştirakçılardan seçilmiş 45 nəfər “Bakı KOB evi”ndə keçirilən üzbə-üz təlimlərdə iştirak edib.

Hər iki mərhələ üzrə təlimləri uğurla başa vuran 45 nəfərə sertifikatlar verilib və onlar KOBİA və Bilişim Vadisinin birgə təşkil etdiyi “KOB-ların inkişafı – sahibkarlıq təlimləri”ndə iştirak etmək hüququ qazanıblar.

Qeyd edək ki, KOBİA və Bilişim Vadisi Bakının birgə əməkdaşlığı çərçivəsində keçirilən 2024-cü il ərzində startaplar və sahibkarlar üçün təlim və tədbirlər davam etdiriləcəkdir.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı