Gənclər Fondu audit xidməti ilə bağlı kotirovka sorğusu elan edir.
sorğu elanı Gənclər Fondu PHŞ-in Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanmış 2022-ci il üzrə illik maliyyə hesabatlarının auditinin aparılması və auditor rəyinin verilməsi xidmətinin satınalınması ilə bağlıdır.
Satınalan təşkilatın VÖEN-i: 1501993271
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 93
Satınalma predmeti: Gənclər Fondu PHŞ-in Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanmış 2022-ci il üzrə illik maliyyə hesabatlarının auditinin aparılması və auditor rəyinin verilməsi xidmətinin satınalınması
ÜSL kod (kateqoriya): 79212000-3 Audit xidmətləri,
Müsabiqənin başlama tarixi və vaxtı: 27.03.2023 19:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 10.04.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 11.04.2023 11:00
İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş Sistemi vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olaraq müvafiq ödənişi etdikdən sonra təklif göndərmək mümkün olacaqdır.
Ödəniş şərtləri – Mallar (işlər və xidmətlər) təhvil verildikdən sonra, lakin 15 bank günündən gec olmayaraq
Çatdırılma yeri – Bakı şəhəri
Çatdırılma şərtləri – DDP
Çatdırılma müddəti – 10 gün
Tender təklifi
Qiymət təklifi:
Qiymət kotirovkasının təsviri
Qiymət kotirovkasının qüvvədə olma müddəti
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
İddiaçının Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən auditor fəaliyyətini həyata keçirmək üçün verilmiş icazəsinin surəti
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Tural Salahov, Aparıcı mütəxəssis
Email: t.salahov@ayf.az
Əlaqə telefonu: 0124989590
Tələb olunan iddiaçıların sayı: 3