Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Gənclərin biznes emalatxanası” layihəsi çərçivəsində biznes təlimləri keçirilib - BBN

“Gənclərin biznes emalatxanası” layihəsi çərçivəsində biznes təlimləri keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi “Gənclərin biznes emalatxanası” layihəsi çərçivəsində Ağdam rayonunda peşə təhsili alan sonuncu kurs tələbələri üçün biznes təlimlər keçirilib. 

Ağdam Peşə məktəbində keçirilən və üç həftə davam etmiş təlimlərdə gənclər KOBİA-nın Yevlax KOB İnkişaf Mərkəzinin ekspertlərinın mentorluğu ilə biznesə başla, sahibkarlığın əsasları, satış, marketinq və s. kimi ilkin biznes biliklərinə yiyələniblər.

“Gənclərin biznes emalatxanası” layihəsinin məqsədi peşə təhsili alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, mikro və kiçik sahibkarlar arasında peşə təhsili almış gənclərin sayının artırılması, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, peşə təhsilinə marağın artırılmasıdır.

2021-2023-cü illəri əhatə edən və hazırda Cəlilabad və Ağdam rayonlarında həyata keçirilən layihəyə yaxın vaxtlarda Qəbələ rayonunda da start veriləcək. Layihə bitkiçilik və heyvandarlıq, turizm, xalçaçılıq, aqrotexniki xidmətlər, dülgər, dərzi, çilingər, aşpaz, şirniyyatçı və qaynaqçı kimi sahələri əhatə edir.

Layihə çərçivəsində gənclər üçün mentorluq dəstəyinin göstərilməsi, biznes müəssisələrinə təlim və təcrübə səfərlərinin təşkili, eləcə də təlimləri uğurla başa vuran gənclərin seçdikləri fəaliyyət sahələri üzrə müvafiq avadanlıqlarla təmin olunması nəzərdə tutulur.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı