Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
G20 mühüm faydalı qazıntıların qorunmasına çağırır - BBN

G20 mühüm faydalı qazıntıların qorunmasına çağırır

G20 ölkələri mühüm faydalı qazıntıları tək tərəfli ticarət tədbirlərinə qarşı daha güclü şəkildə qorumağa çağırıb.

BBN.az xəbər verir ki, “Bloomberg News” tərəfindən görülən sənəd layihəsində vurğulanır ki, mühüm faydalı qazıntıların təchizat zəncirləri geosiyasi gərginliklər, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarına uyğun olmayan tək tərəfli ticarət tədbirləri, pandemiyalar və ya təbii fəlakətlər səbəbilə yarana biləcək kəsintilərə qarşı dayanıqlı olmalıdır.

Bu ifadə ABŞ Prezidenti Donald Tramp dövründəki ticarət müharibəsi zamanı Çinin genişmiqyaslı ixrac məhdudiyyətlərinə dolayı istinad kimi qiymətləndirilir.

Sənəd ötən il Braziliyadakı zirvədə yalnız bir cümlə ilə qeyd olunan mühüm faydalı qazıntılar mövzusuna bu il dörd bəndlik xüsusi bir bölmə ayırır. Bu bölmədə sözügedən ehtiyatların “rifah və davamlı inkişafın bir elementi halına gətirilməsini” hədəfləyən bir plan da yer alır.

Related posts

OPEC Azərbaycanda sutkalıq neft hasilatının həcmini açıqlayıb

Tramp administrasiyası 16 ticarət tərəfdaşı ilə bağlı araşdırmalara başlayıb

Ağ Ev: Neft qiymətlərindəki artım müvəqqətidi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı