“Gazprom” “Naftogaz”a 2.9 milyard dollar ödəyib

Ukrayna mərkəzli “Naftogaz” şirkəti 2 milyard 918 milyon dollar həcmində kompensasiyanı qəbul etdiyini açıqlayıb.

2014-cü ildə “Gazprom” və “Naftogaz” şirkətləri qaz tranziti müqaviləsi ilə bağlı Stokholm Arbitrasiya məhkəməsinə müraciət edib və məhkəmə Ukraynalı şirkətin lehinə qərar verərək “Gazprom”u 2.56 milyard dollar məbləğində cərimələyib.

Qeyd edək ki, “Gazprom” tərəfindən “Naftogaz”a ödənilən ümumi məbləğ özündə 2.56 milyard dollar cəriməni və qərardan sonra zamanla ümumi məbləğə əlavə olunan faizi birləşdirir.

Sözügedən şirkətlər dekabr ayında beş illik Moskva-Kiyev qaz tranziti razılaşmasına imza atıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır