“Gazprom Neft” və “Saudi Aramco” süni intellekt layihəsinə start veriblər

Rusiya və Səudiyyə Ərəbistanına məxsus nəhəng neft şirkətləri neft yataqlarının hidrodinamik modelləşdirilməsində süni intellekt və neyron şəbəkəsinin istifadəsi ilə bağlı yeni ortaq layihənin əsasını qoyublar. Bununla bağlı şirkətlər arasında müqavilə imzalanıb.

Rusiya mərkəzli şirkətin rəhbəri Aleksander Dyukov bildirib ki, hidrodinamik modelləşdirmə çətin, təkrarlanan və çox vaxt tələb edən bir prosesdir. Bu səbəbdən süni intellektin tətbiqi ilə bu prosesin avtomatlaşdırılmasını həyata keçirmək öz müsbət təsirini uzunmüddətli dövrdə biruzə verəcək. Həmçinin, o qeyd edib ki, hal-hazırda heç bir ölkədə bu texnologiya mövcud deyil.

Qeyd edək ki, sözügedən şirkətlər elmi və texnoloji yönümlü daha altı sahədə potensial əməkdaşlıq məsələlərini müzakirə edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır