Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Geosiyasi gərginlik kriptobazara necə təsir edəcək? – Ekspert: “İlkin mərhələdə 5–15% korreksiya mümkündür”- EKSKÜLİZİV - BBN

Geosiyasi gərginlik kriptobazara necə təsir edəcək? – Ekspert: “İlkin mərhələdə 5–15% korreksiya mümkündür”- EKSKÜLİZİV

ABŞ–İran–İsrail arasında artan geosiyasi gərginlik qlobal maliyyə bazarlarında risk iştahasına birbaşa təsir göstərir. Belə şəraitdə investor davranışı klassik “risk-off / risk-on” mexanizmi ilə formalaşır.

BBN.az-a eksklüziv açıqlamasında rəqəmsal aktivlər üzrə ekspert Elnur Quliyev bildirib ki, risk səviyyəsi yüksəldikcə bazar iştirakçıları daha çox likvidlik və kapitalın qorunmasına fokuslanır.

Ekspertin sözlərinə görə, geosiyasi risklərin artdığı ilk mərhələdə investorlar adətən riskli aktivlərdən çıxmağa üstünlük verirlər.

“Bu halda səhmlər, inkişaf etməkdə olan bazar alətləri və yüksək volatilliyə malik kriptovalyutalar təzyiq altında qala bilər. Xüsusilə bitcoin və aparıcı altkoinlərdə qısamüddətli satış dalğası mümkündür”, – deyə o qeyd edib.

E.Quliyev bildirib ki, belə vəziyyətlərdə investorların bir hissəsi portfellərini balanslaşdırmaq üçün qızıl, ABŞ dolları və qısamüddətli dövlət istiqrazları kimi ənənəvi “təhlükəsiz liman” alətlərinə yönəlir. Bu isə kriptobazarında qısamüddətli korreksiya riskini artırır.

Bununla yanaşı, ekspert prosesin yalnız bir istiqamətli olmadığını da vurğulayıb.

Onun sözlərinə görə, əgər geosiyasi gərginlik bank sisteminə, ödəniş infrastrukturlarına və ya kapital hərəkətinə məhdudiyyət riskini artırarsa, kriptovalyutalar alternativ maliyyə kanalı kimi yenidən investorların diqqət mərkəzinə düşə bilər.

“Belə hallarda ilkin enişdən sonra bazarda bərpa və selektiv artım mərhələsi müşahidə oluna bilər”, – deyə o bildirib.

Ekspert hesab edir ki, geosiyasi gərginlik fonunda yaranan korreksiyalar uzunmüddətli investorlar üçün mərhələli alış imkanları yarada bilər. Lakin qısamüddətli spekulyativ mövqelər üçün volatillik və risk səviyyəsi daha yüksək ola bilər.

E.Quliyevin qiymətləndirməsinə görə, qısamüddətli dövrdə – 1–4 həftə ərzində – əsas kriptoaktivlər olan bitcoin və ethereum üzrə volatilliyin artması fonunda 5–15% intervalında texniki korreksiya ehtimalı mövcuddur.

Bununla belə, eskalasiya qlobal maliyyə sisteminə sistemli şok yaratmadığı halda, 1–3 aylıq perspektivdə bazarın sabitləşməsi və mərhələli bərpası daha real ssenari kimi qiymətləndirilir.

Ekspert vurğulayıb ki, mövcud geosiyasi risklərə baxmayaraq, kriptovalyuta bazarında struktur trend hələlik pozulmuş hesab edilmir.

Related posts

İlham Şaban: Neftin hazırkı qiyməti büdcəyə real təsiri yalnız apreldə bilinəcək-EKSKÜLİZİV

Yaxın Şərq gərginliyi fonunda Bitkoin 70 min dolları keçdi

İran–ABŞ gərginliyi fonunda kriptovalyuta bazarında eniş qeydə alınıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı