30 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “GL” ASC-nin ümumi buraxılış həcmi 200,000 (iki yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi 2 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
“GL” ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2035020281 |
İstiqrazın növü və forması |
İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
Ticarət üsulu / forması |
Kütləvi / Birqiymətli |
İstiqrazın sayı |
200 (ədəd) |
İlkin ticarət qiyməti |
1,000 manat |
İstiqrazın buraxılış həcmi |
200,000 manat |
İllik gəlirlilik faizi |
15% |
Ödəmə Periodu |
Hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) ödəniləcəkdir. |
Tədavül müddəti |
5 il |
Ticarətə buraxılma tarixi |
02.10.2024 |
Anderrayter |
“INVEST-AZ İ.Ş” ASC |