“Goldman Sachs” CEO-sundan iqtisadi vəziyyətlə bağlı açıqlama

“Goldman Sachs” CEO-su David Solomon deyib ki, yüksək inflyasiya və yavaşlayan işə qəbul fonunda növbəti 2 il ərzində iqtisadi tənəzzülün olması şansı yüksəkdir.  

BBN.az “Fox Business”a istinadən xəbər verir ki, ehtimal olunan iqtisadi tənəzzülə hazırlaşmaq üçün şirkət 667 milyon dollar ayırıb və işə qəbul prosesinin sürətini azaltmağı planlaşdırdıqlarını deyib.

“Bu məni narahat etmir, amma fikirləşirəm ki, yaxın 24 ayda bir müddət tənəzzülün olması ehtimalı var”, – deyə Solomon deyib. 

Artan inflyasiya ilə mübarizə aparmaq üçün Federal Ehtiyatlar Sistemi (FES) faiz dərəcələrini 75 baza bəndi artırdı, bu isə 1994-cü ildən bəri ən yüksək göstərici idi.

FES iyunda artıq 3-cü dəfə idi ki, faiz dərəcələrində dəyişikliyə gedirdi, 2022-ci ildə daha çox dəyişikliyin olacağı gözlənilir. Goldman-ın son apardığı sorğu göstərir ki, kiçik bizneslərin 93%-i növbəti ildə iqtisadi tənəzzülün olmasından narahatdırlar.

Solomon isə deyir ki, bizneslər iqtisadi qeyri-müəyyənlik dövründə çevik hərəkət etməlidirlər.

“Onlar optimistdirlər, onlar çox çalışırlar, onlar məqsədlərini bilirlər, gördükləri işdə çox müstəqildirlər. Goldman hələ də işləmək üçün rəqabətcil mühit olaraq qalmaqdadır”.

Solomon əlavə edib ki, bu həftə 3500 nəfər yeni məzun olan işçiləri qəbul etmişik, onlar karyeralarına buradan başlayırlar: “Onlar iş üçün müraciət edən 300 000 nəfərdən cəmi 3500 nəfəridir”.

Related posts

Dövlət Xidməti tərəfindən “Dövlət satınalmaları haqqında” Qanunun tələbləri və “etender.gov.az” portalından istifadəyə dair maarifləndirmə seminarı keçirilib

Rusiya Nəqliyyat Universiteti Azərbaycan vətəndaşları üçün təhsil təqaüd proqramı elan edir

Serbiya ilə enerji əməkdaşlığının inkişafı müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı