Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Goldman Sachs Group” dollarla bağlı proqnozunu açıqlayıb - BBN

“Goldman Sachs Group” dollarla bağlı proqnozunu açıqlayıb

“Goldman Sachs” ABŞ dollarının daha uzun müddət möhkəm qalacağını gözləyir.

BBN.az xəbər verir ki, Goldman Sachs Group Inc. Valyuta strateqləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yüksək gömrük rüsumları tətbiq etmək planlarının təsiri ilə dolların yeni möhkəmlənmə dövrünə qədəm qoyduğu qənaətindədir.

Xatırladaq ki, sentyabrın sonundan etibarən dünyanın ehtiyat valyutası sayılan dollar bahalaşmaqdadır. Bu da bankın valyutanın getdikcə dəyər itirəcəyi ilə bağlı uzun müddətdir mövcud olan fikrinə zərbə vurur.

“Goldman”ın son iki ildə müdafiə etdiyi ABŞ valyutasının 2023-cü ildə yüksək qiymətləndirmələrdən geri çəkiləcəyi ilə bağlı proqnozu doğru çıxsa da, noyabrın 5-də keçirilən seçkilərdən sonra dollar 2,4 faiz bahalaşıb.

Qeydlərə əsasən, növbəti 12 ayda avronun 1,03 dollara qədər ucuzlaşacağı, dollar/yenin isə 159-a yüksələcəyi proqnozlaşdırılır.

Goldman Trampın iqtisadi siyasətinin ABŞ idxalının maya dəyərini artıracağını və eyni zamanda ölkə daxilində biznesin dəyərini aşağı salacağını gözləyir.

Related posts

Ağ Ev: Neft qiymətlərindəki artım müvəqqətidi

İran müharibəsi cibinizə necə təsir edə bilər? Qlobal bazarlarda böyük dalğalanma

“Anthropic” ABŞ administrasiyasını məhkəməyə verib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı