2018-ci ilin sonuna qədər OPEC+ müqaviləsinin uzadılması qərarı qlobal neft ehtiyatlarının azalmasına və neft qiymətlərinin yüksəlməsinə gətirib çıxaracaq.
Bu barədə “Goldman Sachs” bankının analitikləri məlumat verib. Belə ki, bank 2018-ci il üzrə proqnozunda “Brent” markalı neftin bir barrelini 58 dollardan 62 dollara, “WTI” markalı nefti isə 55 dollardan 57.50 dollara artırıb.
Qeyd edək ki, “Goldman Sachs” 2019-cu il də “Brent”markalı neftin 1 barelinin 58 dollardan 59.50 dollara, 2020-ci ildə isə 53 dollardan 54.50 dollara yüksəldib.