Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Goldman Sachs” qlobal neft bazarına dair yeni proqnoz açıqladı - BBN

“Goldman Sachs” qlobal neft bazarına dair yeni proqnoz açıqladı

“Goldman Sachs” qlobal neft bazarına dair yeni proqnoz açıqladı.

BBN.az xəbər verir ki, ABŞ-ın aparıcı investisiya banklarından biri olan “Goldman Sachs” qlobal neft bazarına dair son təhlilini yayıb. Bank Beynəlxalq Enerji Agentliyi (IEA) və ABŞ-ın rəsmi ehtiyat göstəricilərinə istinad edərək bildirib ki, uzun müddətdir gözlənilən neft təklifi artığı artıq özünü göstərməyə başlayıb.

Analitiklərin məlumatına görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) üzv ölkələrdə kommersiya neft ehtiyatları ilin əvvəlindən bu yana gündə 340 min barel artıb. Bu artım ümumi ehtiyatların təxminən dörddə birinə bərabərdir. Proqnozlara əsasən, ilin sonuna qədər bu göstərici üçdə birə qədər yüksələ bilər.

Bankın qiymət proqnozuna görə, Brent markalı neftin qiyməti 2026-cı ilin dördüncü rübündə barel başına 52 dollara qədər enəcək.

Bununla yanaşı, “Goldman Sachs” qeyd edib ki, Ukraynanın enerji infrastrukturuna edilən hücumlar nəticəsində Rusiyanın neft hasilatında azalma riski qalmaqdadır. Lakin hasilatdakı potensial azalmalar qiymətlərin aşağı düşməsi istiqamətindəki proqnozlar üçün yuxarı yönlü risk yarada bilər.

Related posts

“Alphabet” 100 illik istiqrazlar buraxmağı planlaşdırır

“Morgan Stanley”: Texnologiya şirkətlərinin səhmləri daha da yüksələ bilər

Avropa İttifaqı “WhatsApp”da süni intellektə çıxışın məhdudlaşdırılmasını araşdırır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı