Gömrük əməkdaşları üçün təlim keçirilib

Dekabrın 3-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan dərman vasitələrinin, eləcə də xidməti və mülki silahların gömrük sərhəd buraxılış məntəqələrindən keçirilməsi” mövzusunda gömrük əməkdaşları üçün təlim keçirilib.

Təlimdə Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) rəis müavini Ramiz Hümbətov, Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi rəisinin birinci müavini Mübariz Mustafayev, Daxili İşlər və Səhiyyə nazirliklərinin nümayəndələri, gömrük əməkdaşları iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır