Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Gömrük Akademiyasında növbəti ixtisasartırma təlimləri başlayıb - BBN

Gömrük Akademiyasında növbəti ixtisasartırma təlimləri başlayıb

Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük xidməti əməkdaşları üçün təşkil olunan ixtisasartırma təlimlərinin növbəti qrupu ilə görüş keçirilib.

Akademiyanın rəisi Qulu Novruzov təlim iştirakçılarını salamlayaraq, təlimlərin təşkili ilə bağlı məlumat verib. Tədrisin keyfiyyətindən və təlim proqramının məzmunundan söz açan Akademiya rəisi dərslərin peşəkar mütəxəssislər tərəfindən aparıldığını qeyd edib. Qulu Novruzov gömrük sistemində aparılan islahatlara toxunaraq, müasir tələblərin gömrük xidməti üçün fərqli bacarıqları zəruri etdiyini deyib. O, gömrük xidməti əməkdaşlarının peşəkarlığının artırılması, peşə bacarıqlarının daha da təkmilləşdirilməsi ilə bağlı təşkil olunan təlimlərin əhəmiyyətindən danışıb. Akademiya rəisi təlimlərin müddətinin bir ay nəzərdə tutulduğunu, proqramın məzmununun kifayət qədər təkmilləşdirildiyini deyib. Qulu Novruzov vurğulayıb ki, gömrük xidməti əməkdaşlarının peşə bacarıqları ilə yanaşı, yüksək mənəvi keyfiyyətləri və milli dəyərlərə sadiqliyi də olmalıdır.

Qeyd edək ki, təlimlərdə iştirak edən hazırkı qrupda 60 nəfər gömrük xidməti əməkdaşı təmsil olunur.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı