Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Gömrük-Biznes əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib - BBN

Gömrük-Biznes əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib

Dövlət Gömrük Komitəsi ilə Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) arasında görüş keçirilib.
“AHK İmpuls” ənənəvi tədbiri çərçivəsində keçirilən görüşdə Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann təmsil etdiyi qurumla Azərbaycan gömrük xidməti arasındakı əməkdaşlıqdan bəhs edib, gömrük sistemində son dövrlərdə aparılan təkmilləşdirilmələrin, tətbiq edilən yeniliklərin gömrük-biznes dialoqunun daha da inkişaf etdirilməsi, əlaqələrin gücləndirilməsi baxımından yeni imkanlar yaratdığını vurğulayıb.
Tədbirdə təqdimatla çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki,  biznes nümayəndələrinə münbit şəraitin yaradılması, şəffaf, bərabərhüquqlu fəaliyyət mühitinin formalaşdırılması, xidmətlərin əlçatanlığının təmin edilməsi gömrük xidmətinin əsas hədəflərindəndir. Bu məqsədlə gömrük əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsi, prosedurların sadələşdirilməsi və rasionallığının artırılması, rəqəmsal həllərin genişləndirilməsi istiqamətində müasir çağırışlara cavab verən innovativ  layihələr tətbiq olunur və bu layihələrdən biznes nümayəndələri yararlana bilər.
Görüşdə, həmçinin gömrük orqanlarının Fəaliyyət Proqramında müəyyənləşdirilən strateji hədəflər, prioritet istiqamətlər, tətbiqinə başlanan və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələr barədə də palata üzvlərinə məlumat verilib.
Sonda biznes nümayəndələrinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Related posts

Bakıda Türk Dövlətləri Təşkilatı hökumət başçılarının görüşü keçirilir

ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun üzvü İlham Hüseynov “Arbitration for Business Impact” adlı tədbirdə çıxış edib

Azərbaycan ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı