Gömrük orqanları tərəfindən malların rəsmiləşdirilməsinə görə ƏDV ləğv edildi

Azərbaycanda gömrük orqanları tərəfindən həyata keçirilən xidmətlərə və hüquqi hərəkətlərə görə ƏDV ləğv olunub.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli, 168 nömrəli Qərarının 1.1-ci bəndi ilə nəzərdə tutulan ƏDV yığımı ləğv edilib.

Qərarın 1.1-ci bəndində gömrük yığımlarının məbləğlərinin Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 231.2-ci maddəsinə əsasən hazırlandığı və gömrük orqanları tərəfindən həyata keçirilən xidmətlərə və hüquqi hərəkətlərə görə alınan gömrük yığımlarını müəyyən etdiyi deyilir.

Belə ki, məsələn dəyəri min manatadək olan malların rəsmiləşdirilməsinə görə gömrük yığımı 15 manat + 18%, yəni 2,7 manat ƏDV təşkil edir, malı gətirən şəxs ümumilikdə 17,7 manat ödəməli idi. Dəyəri 10 min manatadək olan mallara görə gömrük yığımı 60 manat təşkil edir və üstəgəl 18 faiz ƏDV hesablansa, bu məbləğ 70,8 manata çatırdı. Gömrük orqanları tərəfindən həyata keçirilən xidmətlərə və hüquqi hərəkətlərə görə ƏDV ləğv olunduğundan, Azərbaycana məsələn, min manatadək və ya on min manatadək dəyərdə mal gətirən şəxs müvafiq olaraq yalnız 15 və 60 manat gömrük yığımı ödəyir.

Xatırladaq ki, 2023-cü il yanvarın 1-dən Azərbaycan Respublikası Hesablama Palatasının təklifinə əsasən məhz gömrük yığımları ilə bağlı 18 faiz ƏDV tutulması dayandırılıb.

Gömrük yığımları özlüyündə qüvvədə qalmağa davam edir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı