Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Gömrük rüsumlarına dair güzəştləri əhatə edən qanun layihəsi birinci oxunuşda təsdiqlənib - BBN

Gömrük rüsumlarına dair güzəştləri əhatə edən qanun layihəsi birinci oxunuşda təsdiqlənib

Milli Məclisdə “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təsdiqlənib.

Qanun layihəsi Milli Məclisin noyabrın 27-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Yeni dəyişikliklərə görə, qanuna müəyyən əlavələr edilir.

Dəyişikliyə əsasən, gömrük rüsumları üzrə güzəştlərin və azadolmaların qiymətləndirilməsi – Gömrük rüsumları üzrə güzəştlər və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi məqsədilə, bu güzəştlər və azadolmalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təsnifləşdirilir.

Dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən texnika, texnoloji avadanlıqlar və qurğuların, həmçinin xammal və materialların idxalı güzəştli olacaq. Bu güzəştlər, “Dövlət-özəl tərəfdaşlığı haqqında” Qanuna əsasən bağlanmış müqaviləyə uyğun olaraq 30 ildən çox olmamaq şərti ilə tətbiq edilir. Elektrik enerjisi istehsalı ilə bağlı layihələrdə iştirak edən fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən texnikaların və avadanlıqların idxalı da müəyyən güzəştlərlə həyata keçirilir. Bu güzəştlər, bərpaolunan enerji mənbələrindən istifadə üzrə müqavilələrə əsaslanacaq və 30 ildən artıq olmamaq şərti ilə tətbiq edilir. 2025-ci ildən etibarən, hüquqi şəxslər tərəfindən avtobusların ehtiyat hissələrinin idxalı da müəyyən güzəştlərlə həyata keçirilir və bu güzəştlər 8 il müddətinə tətbiq edilir.

Bu dəyişikliklər 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

AZƏRTAC

Related posts

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti 2025-ci ildə dövlət qurumlarını 450 milyon zərərli keçiddən qoruyub

Moody’s Ratings Azərbaycan bank sisteminin perspektivini “pozitiv” səviyyədə qiymətləndirib

Banklar əhaliyə 118 mln. manat depozit faizi ödəyiblər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı