Gömrük Yol Xəritələri üzrə TAIEX seminarı işə başlayıb

Noyabrın 28-də Bakı şəhərindəki “Excelsior” otelində Gömrük Yol Xəritələri üzrə TAIEX seminarı işə başlayıb. Seminarı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıq çərçivəsində Avropa İttifaqı təşkil edib.

Seminarın məqsədi Azərbaycan Gömrük Xidmətinin əməkdaşlarını Avropa İttifaqının gömrük bülletenlərinin ətraflı təsviri, eləcə də İttifaqa üzv ölkələrin təşkilati və idarəetmə, təlim, təchizat zəncirinin təhlükəsizliyi, sərhəd və daxili nəzarət, gömrük tranzitivə əqli mülkiyyət hüquqları ilə bağlı təcrübələrinə dair məlumatlarla təmin etməkdir.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, Avropa İttifaqında elektron qaydada tətbiq edilən tranzit sisteminin mövcud olduğunu bildirib və bu sistemin Azərbaycanda tətbiqi istiqamətində görülən işlərdən, sistemin əhəmiyyətindən bəhs edib.

İki günlük seminarda Avropa İttifaqının nümayəndələri – Avstriya Maliyyə Nazirliyi Vergi və Gömrük Departamentinin əməkdaşı Maykl Praşak və Sloveniya Maliyyə Nazirliyinin nümayəndəsi Branko Qreqoriçin təqdimatında Avropa İttifaqı Gömrük Birliyinin təqdimatı və gömrük sahəsində əsas prioritetlər, gömrük bülletenlərinin məqsəd və tarixi, metodologiyası, gömrük bülletenləri ilə bağlı əvvəlki təcrübələr, təchizat zəncirinin təhlükəsizliyi,gömrük tranziti, sərhəd və daxili nəzarət, əqli mülkiyyət hüquqlarına dair məruzələr dinləniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır