Gömrükçülər beynəlxalq elmi konfransda çıxış ediblər

Dövlət Gömrük Komitəsinin əməkdaşları Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfransda çıxış ediblər.

10-a yaxın ölkənin nüfuzlu universitetlərinin, qabaqcıl elmi-tədqiqat mərkəzlərinin, görkəmli alimlərinin elmi məruzələri dinlənildiyi konfransda Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinin əməkdaşları tərəfindən iştirakçılara “Gömrük ekspertizası və iqtisadi təhlükəsizliyin təmini məsələləri” mövzusunda məruzə təqdim olunub.

Məruzədə ölkənin iqtisadi təhlükəsizliyinin təmininin gömrük ekspertizalarında rolundan ətraflı bəhs olunub. Belə ki, məruzədə funksional aspektdən ekspert-tədqiqat funksiyasını həyata keçirən orqan tərəfindən verilən səlahiyyətlər çərçivəsində 2016-2018-ci illər üzrə bəzi fəaliyyət növlərinin xarakteristikası verilib. Fiskal siyasətin reallaşdırılmasında gömrük ödənişlərinin rolu və idxal-ixrac əməliyyatları əsasında 2016-2018-ci illər üzrə bu ödənişlərin büdcəyə daxilolmalarının dinamikası qiymətləndirilib. İqtisadi sferaya aid səlahiyyətlər, gömrük tarifi və qeyri-tarif, fiskal funksiyaya aid geniş məlumatlar verilib, qanunvericiliyin və ictimai əsayişin və iqtisadi təhlükəsizliyin təmini, gömrük qaydaları və gömrük sferasında cinayətkarlığa – “ağ ölüm”ə qarşı mübarizə və s. şərh olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır